"Azərbaycan Ordusu Ermənistanın mövqelərinə atəş açmayıb" MN
Azərbaycan Ordusunun bölmələri tərəfindən bu gün saat 9:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-ordusu-erm%C9%99nistan%C4%B1n-m%C3%B6vqel%C9%99rin%C9%99-at%C9%99%C5%9F-a%C3%A7may%C4%B1b-mn