Azərbaycan Ordusunda andiçmə mərasimləri qapalı keçiriləcək
Fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi və TƏBİB məlumat yayıb. Bildirilib ki, müxtəlif regionlarda qızılcaya, eləcə də mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarını nəzərə alaraq qapalı məkanlarda sıx toplaşma tövsiyə olunmur. Buna görə də valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin hərbi hissələrə girişi, o cümlədən andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-ordusunda-andi%C3%A7m%C9%99-m%C9%99rasiml%C9%99ri-qapal%C4%B1-ke%C3%A7iril%C9%99c%C9%99k