Azərbaycan Ordusunda keçirilən ağacəkmə aksiyaları davam edir
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezidentin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunda keçirilən ağacəkmə aksiyaları davam edir. Müxtəlif bölgələrdə yerləşən hərbi hissələrin ərazilərində müxtəlif növ ağac və gül kolları əkilir.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-ordusunda-ke%C3%A7iril%C9%99n-a%C4%9Fac%C9%99km%C9%99-aksiyalar%C4%B1-davam-edir