Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli hərbi qulluqçusunun Türkiyədə səfəri davam edir
Türkiyədə səfərdə olan Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli hərbi qulluqçusu Ümummilli Lider Heydər Əliyevin Ankarada yerləşən parkdakı abidəsini və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib. Azərbaycanlı nümayəndələr Türkiyə milli müdafiə naziri Yaşar Güler və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüblər. Milli Müdafiə Universitetinin Quru Qoşunları Ali Hərbi Məktəbinin tədris korpuslarında olan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin müxtəlif komandanlıqlarını və əməliyyat mərkəzlərini, hərbi sənayə şirkətlərini ziyarət edib.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-ordusunun-bir-qrup-y%C3%BCks%C9%99k-r%C3%BCtb%C9%99li-h%C9%99rbi-qulluq%C3%A7usunun-t%C3%BCrkiy%C9%99d%C9%99-s%C9%99f%C9%99ri-davam