Azərbaycan Ordusunun komando bölmələrinin məşqləri başlayıb
Azərbaycan Ordusunun komando bölmələri müxtəlif tapşırıqların icrasını məşq edirlər. Məşqlərdə yaranmış vəziyyətə uyğun olaraq qərargah tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanaraq bölmələrə tapşırıqlar verilib. Döyüşə hazır vəziyyətə gətirilən bölmələr yaşayış məntəqələrində və açıq ərazilərdə reydlərin keçirilməsi, eləcə də digər əməliyyatlar üzrə fəaliyyətləri yüksək peşəkarlıqla yerinə yetiriblər.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-ordusunun-komando-b%C3%B6lm%C9%99l%C9%99rinin-m%C9%99%C5%9Fql%C9%99ri-ba%C5%9Flay%C4%B1b