Azərbaycan Premyer Liqasında bu oyunun vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasının 25-ci turunun cədvəlində dəyişiklik edilib. “Sumqayıt” – “Kəpəz” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi saat 16-da yox, 19-da başlayacaq. Buna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurların yekunlaşması səbəb olub. Turun açılış matçı martın 1-də keçiriləcək.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-premyer-liqas%C4%B1nda-bu-oyunun-vaxt%C4%B1-d%C9%99yi%C5%9Fdirildi