Azərbaycan Premyer Liqasında XVIII tur davam edir
Azərbaycan Premyer Liqasında XVIII tur davam edir. Bu gün daha iki oyun keçiriləcək. İlk görüş Tovuzda baş tutacaq. Şəhərin eyniadlı komandası “Araz-Naxçıvan”ı qəbul edəcək. Günün ikinci matçında isə "Sumqayıt" “Səbail”lə üz-üzə gələcək. Həm turun, həm də ilin son görüşləri dekabrın 24-də keçiriləcək. “Kəpəz” “Neftçi”nin, “Qarabağ” “Zirə”nin qonağı olacaq.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-premyer-liqas%C4%B1nda-xviii-tur-davam-edir