Azərbaycan Premyer Liqasında XXI tura start verilir
Azərbaycan Premyer Liqasında bu gün XXI tura start veriləcək. Günün ilk oyununda “Qarabağ” “Səbail”in qonağı olacaq. Qurban Qurbanovun yetirmələri hazırda 47 xalla turnir cədvəlinə başçılıq edirlərsə, 5-ci pillədəki “Səbail”in hesabında 27 xal var. Günün ikinci qarşılaşmasında isə “Sabah” “Turan Tovuz”la evdə üz-üzə gələcək. . “Sabah” 26 xalla 7-ci sıradadırsa, “Turan Tovuz” rəqibindən cəmi 1 xal az toplayıb. “Sumqayıt” – “Neftçi”, “Qəbələ” – “Zirə” oyunları fevralın 4-də, “Kəpəz”– “Araz-Naxçıvan” qarşılaşması isə bir gün sonra keçiriləcək.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-premyer-liqas%C4%B1nda-xxi-tura-start-verilir