Azərbaycan Texnologiya Universitetində yaradılan İctimai Şuranın ilk iclası keçirilib
Gəncədə fəaliyyət göstərən universitetlər arasında ilk dəfə Azərbaycan Texnologiya Universitetində İctimai Şura yaradılıb. 9 nəfərdən ibarət şura üzvlərinin ilk işi cari tədris ilinin qış imtahan sessiyasını müşahidə etmək olub. Tələbələrin diqqətinin yayınmaması üçün imtahan prosesi xüsusi otaqda monitorlar vasitəsi ilə izlənilib.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-texnologiya-universitetind%C9%99-yarad%C4%B1lan-ictimai-%C5%9Furan%C4%B1n-ilk-iclas%C4%B1-ke%C3%A7irilib