Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
"Zirə" Bakıda Slovakiyanın "DAK 1904" komandasını 4:0 hesabı ilə yenib.
"Sabah" isə səfərdə İsrailin "Makkabi" Hayfa kollektivini 3:0 məğlub edib.
"Sumqayıt" isə evdə Macarıstanın "Fehervar" kollektivinə uduzub - 1:2. "Zirə" və "Sabah"ın qazandığı qələbələr Azərbaycanın UEFA reytinqində bir pillə irəliləməsinə səbəb olub.
24-cü sırada yer alan ölkəmizdə bir pillə öndə Rusiya, bir addım geridə isə Slovakiya yer alıb.
Fərid Mehdiyev