Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir
“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb. Görüşdə tərəflər arasında dialoqun inkişafı və birbaşa əlaqələrin gücləndirilməsi müzakirə olunur.Tədbir Azərbaycan, Ermənistan və ABŞ liderlərinin 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırdığı sülh gündəliyi çərçivəsində keçirilir.Qeyd edək ki, bu gün erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə, delimitasiya və demarkasiya edilmiş sahədən daxil olub, bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-erm%C9%99nistan%C4%B1n-v%C9%99t%C9%99nda%C5%9F-c%C9%99miyy%C9%99ti-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99rinin-i%C5%9Ftirak%C4%B1-il%C9%99-d%C9%99yirmi-masa

