Azərbaycan və Ermənistan parlament sədrləri arasında ikitərəfli görüş keçirilib

İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrləri arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlərin normallaşması, regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub. Tərəflər ticari-iqtisadi əlaqələrin qurulması və genişləndirilməsi ilə bağlı prosesləri müsbət qiymətləndiriblər. Söhbət zamanı Parlamentlərarası İttifaqın dialoq platforması kimi rolu xüsusi vurğulanıb, baş katib Martin Çunqonqun bu istiqamətdə töhfəsi qeyd edilib.Spikerlər parlamentlərarası təmasların davam etdirilməsinin və cəmiyyətlər arasında etimadın artırılmasının vacibliyini diqqətə çatdırıblar.
Ermənistan parlamentinin sədri Alen Simonyan görüşün konstruktiv keçdiyini, tərəflər arasında fikir ayrılıqlarının olmadığını və dialoqun davam etdirilməsi üçün maneələrin olmadığını bildirib.

url: 
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-erm%C9%99nistan-parlament-s%C9%99drl%C9%99ri-aras%C4%B1nda-ikit%C9%99r%C9%99fli-g%C3%B6r%C3%BC%C5%9F-ke%C3%A7irilib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik