Azərbaycan və Küveyt XİN-ləri diplomatik təşəbbüslərin gücləndirilməsini müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov ilə Küveytin xarici işlər naziri Şeyx Cərrah Cabir əl-Əhməd əl-Sabah arasında telefon danışığı olub.Bölgədə artan gərginlik müzakirə edilib. Nazirlər davam edən hərbi toqquşmalarla bağlı ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin regional təhlükəsizlik və sabitlik üçün risklər yaratdığını bildiriblər.Tərəflər beynəlxalq humanitar hüququn norma və prinsiplərinə əməl olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyini də diqqətə çatdırıblar.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-k%C3%BCveyt-xin-l%C9%99ri-diplomatik-t%C9%99%C5%9F%C9%99bb%C3%BCsl%C9%99rin-g%C3%BCcl%C9%99ndirilm%C9%99sini-m%C3%BCzakir%C9%99-edib

