Azərbaycan və Latviya prezidentləri İlham Əliyev və Edqars Rinkeviçs arasında geniş tərkibdə görüş keçirilib.Latviya Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyev və Azərbaycan xalqını Ermənistanla paraflanmış sülh sazişi münasibətilə təbrik edib. O, Bakıda keçirilən mətbuat bəyanatında bildirib ki, sənədin tezliklə imzalanacağına ümid edir və bunun həm region, həm də dünya üçün mühüm hadisə olacağını vurğulayıb. Rinkeviçs həmçinin görüş zamanı regional proseslərin müzakirə edildiyini, Azərbaycanın Trans-Xəzər nəqliyyat və enerji dəhlizlərində rolunun Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.Latviya Azərbaycanla sıx siyasi və iqtisadi əlaqələrin inkişafını davam etdirəcək.İlham Əliyev Latviya Prezidentinin səfərinin ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacağına əmin olduğunu bildirib. Daha sonra Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib.Edqars Rinkeviçs həmçinin "Bakı Ağ Şəhər"də olub.

