Azərbaycan və Litva Bakı-Vilnüs birbaşa aviareysinin açılmasını müzakirə edib
Bakıda səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub. Qonağa UNESCO siyahısına daxil olan Qız qalası, Buxara karvansarası və Şirvanşahlar Sarayı Kompleksi barədə məlumat verilib.Səfər çərçivəsində Baş nazir Əli Əsədov və İnqa Ruqiniene Bakı-Vilnüs arasında birbaşa aviareysin açılması məsələsini müzakirə ediblər. Litvanın Baş naziri bildirib ki, tərəflər bu istiqamətdə ayrıca işləmək barədə razılığa gəliblər. O, həmçinin qeyd edib ki, may ayından etibarən iki ölkənin işgüzar dairələri arasında görüşlər başlayacaq, iyunda isə logistika forumunun keçirilməsi planlaşdırılır.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-litva-bak%C4%B1-viln%C3%BCs-birba%C5%9F-aviareysinin-a%C3%A7%C4%B1lmas%C4%B1n%C4%B1-m%C3%BCzakir%C9%99-edib

