Azərbaycan və Qazaxıstan dəniz piyadaları və xüsusi təyinatlıları birgə taktiki təlim keçirəcək
Azərbaycan və Qazaxıstan hərbi qulluqçuları birgə "Birləşik-2024" taktiki təlim keçirəcək. Təlimə hazırlıq çərçivəsində ölkəmizdə səfərdə olan qazaxıstanlı hərbi qulluqçular Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları və xüsusi təyinatlıları ilə birgə şərti terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın azad edilməsi, dənizdə təhlükəsizlik əməliyyatları tapşırıqlarını məşq edəcəklər. İyulda Qazaxıstanda keçiriləcək təlimdə əsas diqqət döyüş uzlaşmasının təmin edilməsinə yönəldiləcək.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-qazax%C4%B1stan-d%C9%99niz-piyadalar%C4%B1-v%C9%99-x%C3%BCsusi-t%C9%99yinatl%C4%B1lar%C4%B1-birg%C9%99-taktiki-t%C9%99lim