Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər
Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar. Daha sonra dövlət başçıları Şuşa şəhərinə səfər ediblər. Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə, Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar. Prezidentlər Natəvan bulağın, Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır düzündə və üç yaşayış binasından ibarət “Yasəmən” otelində olublar. Hər iki ölkə liderlərinə Şuşanın Baş planı barədə məlumat verilib.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-qazax%C4%B1stan-prezidentl%C9%99ri-%C5%9Fu%C5%9Faya-s%C9%99f%C9%99r-edibl%C9%99r