Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə inşa ediləcək xəstəxananın layihəsi ilə tanış olublar
Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar. Dövlət başçılarına xəstəxanada yaradılacaq şərait barədə məlumat verilib. Xəstəxana ilə yanaşı, eyni ərazidə Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Yardım Stansiyası və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi də inşa ediləcək.
url:
https://kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-qazax%C4%B1stan-prezidentl%C9%99ri-f%C3%BCzulid%C9%99-in%C5%9F-edil%C9%99c%C9%99k-x%C9%99st%C9%99xanan%C4%B1n-layih%C9%99si-il%C9%99