Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniştərkibli görüş keçirilib
Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri arasında geniştərkibli görüş keçirilib.Nazirlər strateji tərəfdaşlığın gücləndiyini vurğulayaraq iqtisadiyyat, enerji, nəqliyyat və rəqəmsal sahələrdə əməkdaşlığın artdığını bildiriblər. Orta Dəhlizin Avropa-Asiya ticarətində rolu xüsusi qeyd olunub.Tərəflər Yaxın Şərqdəki gərginlikdən narahatlıqlarını ifadə edib, atəşkəsin sabitlik gətirəcəyinə ümid etdiklərini bildiriblər. Görüşdə həmçinin regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub.XİN rəhbəri Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-qazax%C4%B1stan-xin-ba%C5%9F%C3%A7%C4%B1lar%C4%B1-aras%C4%B1nda-geni%C5%9Ft%C9%99rkibli-g%C3%B6r%C3%BC%C5%9F-ke%C3%A7irilib

