Azərbaycan və Slovakiya müdafiə nazirləri Bakıda görüşüb, əməkdaşlıq məsələləri müzakirə edilib
Müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan slovakiyalı həmkarı Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazir, azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri ilə bağlı nümayəndə heyətini məlumatlandırıb. Hər iki ölkə arasında hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qonaq regionun ən güclü ordularından biri olan Azərbaycan Ordusu ilə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, eləcə də müasir döyüş əməliyyatlarının öyrənilməsinin önəmini qeyd edib.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-v%C9%99-slovakiya-m%C3%BCdafi%C9%99-nazirl%C9%99ri-bak%C4%B1da-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1q-m%C9%99s%C9%99l%C9%99l%C9%99ri-m%C3%BCzakir%C9%99