Azərbaycan XİN Ermənistana cavab verib: "Sərhəddə görüşə və birbaşa danışıqlara hazırıq"
Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. XİN-dən verilən məlumata görə, sülh danışıqlarındakı mövcud durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. "Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir" - deyə məlumatda qeyd olunub.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-xin-erm%C9%99nistana-cavab-verib-s%C9%99rh%C9%99dd%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C9%99-v%C9%99-birba%C5%9F-dan%C4%B1%C5%9F%C4%B1qlara-haz%C4%B1r%C4%B1q