Azərbaycan XİN Rusiya səfirinə cavab verib
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimovun sülhməramlılarla bağlı fikrinə münasibət bildirib. Onun sözlərinə görə, antiterror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb. "Genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat təhdidlərinin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”, - deyə XİN rəsmisi vurğulayıb.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-xin-rusiya-s%C9%99firin%C9%99-cavab-verib