Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq
Xarici İşlər Nazirliyi Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.Nazirliyin “X” hesabındakı paylaşımda bildirilib ki, 23 Aprel sülhün, dostluğun və gələcəyə ümidin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. “Bir millət, iki dövlət” prinsipi ilə möhkəmlənən Azərbaycan–Türkiyə münasibətləri ortaq tarix, mədəniyyət və dəyərlər üzərində daha da güclənir.Paylaşımda Türkiyəyə sülh, rifah və inkişaf, uşaqlara isə xoşbəxt və parlaq gələcək arzulanıb.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-xin-t%C3%BCrkiy%C9%99-il%C9%99-ortaq-d%C9%99y%C9%99rl%C9%99miz-g%C9%99l%C9%99c%C9%99k-n%C9%99sill%C9%99r%C9%99-d%C9%99-h%C9%99mr%C9%99ylik-ruhu-a%C5%9F%C4%B1layacaq

