Azərbaycan XİN Venesuelaya başsağlığı verib
Xarici İşlər Nazirliyi Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verərək təbii fəlakət nəticəsində həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı ifadə olunub, Venesuela xalqı və hökuməti ilə həmrəylik bildirilib. Həmçinin zərərçəkənlərə tezliklə şəfa arzulanıb. Qeyd edək ki, Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində həlak olanların sayı 164 nəfərə çatıb, təqribən min nəfər isə müxtəlif xəsarətlər alıb.Zəlzələdən sonra 30-a yaxın yeraltı təkan qeydə alınıb.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-xin-venesuelaya-ba%C5%9Fsa%C4%9Fl%C4%B1%C4%9F%C4%B1-verib

