Azərbaycanda həbs edilən 2 nəfər Özbəkistana ekstradisiya olunub
Özbəkistan vətəndaşları 1989-cu il təvəllüdlü Şaxboz Şodiyev və 1997-ci il təvəllüdlü Şaxboz Satımboevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. Şəxslər 2023-cü ildə Azərbaycanda müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Onlar sorğu edən ölkənin səlahiyyətli orqanlarına təhvil veriliblər.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycanda-h%C9%99bs-edil%C9%99n-2-n%C9%99f%C9%99r-%C3%B6zb%C9%99kistana-ekstradisiya-olunub