Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində yeni mərhələlər müəyyənləşdirilib. Bu çərçivədə ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə elektron sənəd qəbulu prosesinin Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiyasının 2026-cı il mayın 1-nə qədər tamamlanması nəzərdə tutulur. Layihəyə əsasən, xidmətin mövcud iş axını mayın 20-dək təqdim ediləcək, təkmilləşdirilmiş yeni iş axını isə iyunun 13-dək razılaşdırılacaq. Xidmətin iyunun 10-na qədər “mygov” platforması üzərindən istifadəyə verilməsi planlaşdırılır.Eyni zamanda, fiziki şəxslərin gəlir vergisi bəyanı xidmətinin də rəqəmsallaşdırılması davam etdirilir. Bu xidmətin də 2026-cı il oktyabrın 1-nə qədər Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası təmin olunacaq. Layihələrin icrasında müvafiq olaraq Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi iştirak edir.

