Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunub
Azərbaycanda ilk dəfə 100 km məsafəyə ultramarafon yarışı təşkil olunub. Qaçış tədbiri Dənizkənarı Milli Park ərazisində keçirilib. Ultramarafonda yerli idmançılarla yanaşı, Türkiyə və Rusiyadan 50-yə yaxın iştirakçı mübarizə aparıb. Kişilərin yarışında Türkiyə milli komandasının üzvü Üzeyir Söylemez, qadınlar arasında isə Leyla Abdinova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycanda-ilk-d%C9%99f%C9%99-ultramarafon-yar%C4%B1%C5%9F%C4%B1-t%C9%99%C5%9Fkil-olunub