Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan edilib
Azərbaycanda 18 maydan 18 iyuna qədər “İnsan Hüquqları Aylığı” keçiriləcək. Bu barədə Ombudsman Səbinə Əliyeva məlumat verib. Aylığın məqsədi insan hüquqları ilə bağlı maarifləndirməni artırmaq, hüquq pozuntularına qarşı mübarizəni gücləndirmək və cəmiyyətdə hüquq mədəniyyətini inkişaf etdirməkdir. Qeyd edək ki, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-insan-h%C3%BCquqlar%C4%B1-ayl%C4%B1%C4%9F%C4%B1-elan-edilib

