Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq
Növbəti tədris ilindən etibarən Azərbaycanda “Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda yeni kurslar təşkil olunacaq.Səhiyyə naziri Teymur Musayev bildirib ki, ilboyu davam edəcək bu kurslar bütün tibb ixtisaslarını əhatə edəcək.Məqsəd tibb sahəsində rəqəmsal savadlılığın artırılması və müasir texnologiyalara uyğun kadr hazırlığıdır.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-n%C3%B6vb%C9%99ti-t%C9%99dris-ilind%C9%99n-tibbd%C9%99-s%C3%BCni-intellekt-kurslar%C4%B1-t%C9%99%C5%9Fkil-olunacaq

