Azərbaycanda orta və yaşlı əhali qızılcaya görə peyvənd olunacaq
Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i yaşlı insanlar arasında olub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma halları göstərilir. Epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası tətbiq olunacaq.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycanda-orta-v%C9%99-ya%C5%9Fl%C4%B1-%C9%99hali-q%C4%B1z%C4%B1lcaya-g%C3%B6r%C9%99-peyv%C9%99nd-olunacaq