Azərbaycanda qadınlar azad edilən ərazilərdə yenidənqurma işlərinə mühüm töhfə verirlər - Sahibə Qafarova

Sahibə Qafarova Özbəkistanın Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda iştirak edib.Spiker çıxışında bildirib ki, qadınlara investisiya davamlı inkişaf və sosial sabitliyə investisiyadır. Qadınların siyasi və ictimai həyatda fəal iştirakı güclü cəmiyyətlərin formalaşmasına töhfə verir.Onun sözlərinə görə, Azərbaycanda qadın hüquqlarının təmin olunması və gender bərabərliyinin təşviqi dövlət siyasətinin mühüm prioritetlərindəndir. Ölkəmizdə qadınlar siyasi, iqtisadi, elmi və mədəni həyatda fəal iştirak edirlər, həmçinin dövlət qurumlarında, diplomatiyada, təhsil və dövlət idarəçiliyində yüksək vəzifələr tuturlar.Çıxışında deyib ki, Azərbaycanda qadınlar azad edilmiş ərazilərdə, Qarabağda münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə də mühüm töhfə verirlər.

url: 
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-qad%C4%B1nlar-azad-edil%C9%99n-%C9%99razil%C9%99rd%C9%99-yenid%C9%99nqurma-i%C5%9Fl%C9%99rin%C9%99-m%C3%BCh%C3%BCm-t%C3%B6hf%C9%99-verirl%C9%99r
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik