Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
Azərbaycanda şəhər və rayonlarda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələrin yaradılması nəzərdə tutulur.AQTA-nın şöbə müdiri Qabil Əbdüləliyev bildirib ki, bu tədbirlər 2027–2032-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulub. Məqsəd sahibsiz heyvanların sayının tənzimlənməsi və zoonoz xəstəliklərin yayılmasının qarşısının alınmasıdır.Müəssisələrin sahibsiz heyvanların sayına və məskunlaşmasına uyğun yaradılması planlaşdırılır. AQTA isə onların baytarlıq və heyvan rifahı tələblərinə uyğun saxlanılması və idarə olunmasına metodiki dəstək göstərəcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-sahibsiz-heyvanlar%C4%B1n-idar%C9%99-olunmas%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-x%C3%BCsusi-m%C3%BC%C9%99ssis%C9%99l%C9%99r-yarad%C4%B1lacaq

