Azərbaycanda tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxılır
İyulun 15-dən Azərbaycan Mərkəzi Bankı yenilənmiş 100 manatlıq pul nişanını tədavülə buraxacaq.Məlumata görə, yeni əsginasda saxtalaşdırmaya qarşı ən son texnologiyalar tətbiq olunub. Buraya rəngi dəyişən 3 ölçülü holoqram, dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu, su nişanı və xüsusi mühafizə elementləri daxildir.Bundan əlavə, görmə qüsuru olan şəxslər üçün qabarıq xətlər də nəzərdə tutulub. Pul nişanının arxa tərəfi isə müasir dizayn trendlərinə uyğun olaraq şaquli formada hazırlanıb.Yeni 100 manatlıq əsginas “İqtisadiyyat və İnkişaf” mövzusuna həsr olunub və üzərində AMB sədri Taleh Kazımovun imzası yer alıb.Yenilənmiş pul nişanı hazırda dövriyyədə olan 100 manatlarla paralel şəkildə istifadə olunacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-t%C9%99dav%C3%BCl%C9%99-yenil%C9%99nmi%C5%9F-100-manatl%C4%B1q-pul-ni%C5%9Fan%C4%B1-burax%C4%B1l%C4%B1r

