Azərbaycanda yüzlərlə məktəbdə qayda pozuntuları aşkarlanıb
AQTA-nın mart ayı üzrə keçirdiyi monitorinqlər zamanı 390 məktəbdən 263-də sanitar pozuntular aşkarlanıb.Nöqsanlar arasında gigiyenik qaydaların pozulması, məhsulların düzgün saxlanmaması və tibbi müayinələrin aparılmaması kimi hallar var.Eyni zamanda 23 məktəbdə istifadə müddəti bitmiş, 5 məktəbdə isə qadağan olunmuş məhsullar müəyyən edilib və satışdan çıxarılıb.Məsul şəxslərlə bağlı tədbirlər görülüb, aidiyyəti qurumlara məlumat verilib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-y%C3%BCzl%C9%99rl%C9%99-m%C9%99kt%C9%99bd%C9%99-qayda-pozuntular%C4%B1-a%C5%9Fkarlan%C4%B1b

