Azərbaycanda zəlzələ olub
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzin məlumatına əsasən, yerli vaxtla saat 15:13-də Qəbələ rayonunda zəlzələ qeydə alınıb.Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.Qəbələ stansiyasından 11 km cənub-qərbdə qeydə alınan təbii fəlakət 42 kilometr dərinlikdə olub.Dağıntı olmasa da, yeraltı təkan hiss edilib. Təkan Gəncədə də hiss olunub.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycanda-z%C9%99lz%C9%99l%C9%99-olub

