Azərbaycandakı 2500-ə yaxın məscidin təxminən 1000-də din xadimi fəaliyyət göstərmir
Azərbaycanda fəaliyyət göstərən 2500-ə yaxın məscidin təxminən 1000-də din xadimi yoxdur.Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.Onun sözlərinə görə, təyinat alan din xadimlərinin təxminən üçdə birinin orta və ya ali dini təhsili yoxdur.Gündüz İsmayılov qeyd edib ki, əsas prioritet bu sahədə ixtisaslı milli kadrların hazırlanmasıdır. İlahiyyat İnstitutunun 50 məzunu artıq məscidlərdə fəaliyyətə başlayıb, digər məzunları isə Türkiyə və Gürcüstanda dini sahədə çalışırlar.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycandak%C4%B1-2500-%C9%99-yax%C4%B1n-m%C9%99scidin-t%C9%99xmin%C9%99n-1000-d%C9%99-din-xadimi-f%C9%99aliyy%C9%99t-g%C3%B6st%C9%99rmir

