Azərbaycandan Ermənistana növbəti yük qatarı yola salınıb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.Taxılın ümumi çəkisi 488 tondur.Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycandan-erm%C9%99nistana-n%C3%B6vb%C9%99ti-y%C3%BCk-qatar%C4%B1-yola-sal%C4%B1n%C4%B1b

