Azərbaycandan Gürcüstana keçməyə cəhd göstərən Pakistan vətəndaşı saxlanılıb
Ağstafanın Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin dövlət sərhədini pozaraq Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycandan-g%C3%BCrc%C3%BCstana-ke%C3%A7m%C9%99y%C9%99-c%C9%99hd-g%C3%B6st%C9%99r%C9%99n-pakistan-v%C9%99t%C9%99nda%C5%9F%C4%B1-saxlan%C4%B1l%C4%B1b