Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana ümumi çəkisi 1 023 ton Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.Qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycandan-ke%C3%A7m%C9%99kl%C9%99-erm%C9%99nistana-1000-tondan-%C3%A7ox-rusiya-tax%C4%B1l%C4%B1-g%C3%B6nd%C9%99rilir

