Azərbaycanlı seysmoloqlar Türkiyədə zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar
Azərbaycanlı seysmoloqlar Türkiyədə zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar. Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Qurban Yetirmişli məlumat verib. Mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən edildiyini bildirən Qurban Yetirmişli deyib ki, gələcəkdə aparılacaq tikinti işləri ilə əlaqədar bu ərazilərin dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilərək, ərazinin seysmikliyi qiymətləndiriləcək.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycanl%C4%B1-seysmoloqlar-t%C3%BCrkiy%C9%99d%C9%99-z%C9%99lz%C9%99l%C9%99-b%C3%B6lg%C9%99sind%C9%99-yenid%C9%99n-t%C9%99dqiqatlar-aparacaqlar