Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın vəziyyəti müzakirə edilib
Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib. İki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə təlimlərin keçirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşün yekun protokolu imzalanıb.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycanla-pakistan-aras%C4%B1nda-h%C9%99rbi-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1%C4%9F%C4%B1n-v%C9%99ziyy%C9%99ti-m%C3%BCzakir%C9%99-edilib