Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb. Ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycanla-t%C3%BCrkiy%C9%99-aras%C4%B1nda-h%C9%99rbi-texniki-sah%C9%99d%C9%99-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1%C4%9F%C4%B1n-inki%C5%9Faf-perspektivl%C9%99ri