Azad edilən ərazilərdə bərpa işləri müasir şəhərsalma prinsipləri əsasında aparılır
WUF13 çərçivəsində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə lahiyə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam edir.Qarabağ və Şərqi Zəngəzur bölgələrinə köç etmiş, orada çalışan, təhsil alan və fəaliyyət göstərən insanların sayı 90 minə yaxınlaşır.Onun sözlərinə görə, 30 ilə yaxın işğal altında qalan bölgələrdə şəhər və kəndlər ciddi dağıntıya məruz qalıb. Hazırda yüzlərlə yaşayış məntəqəsinin yenidən qurulması həyata keçirilir. Əsas prioritetlərdən biri isə ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsidir.
url:
http://kepezfm.az/xeberler/azad-edil%C9%99n-%C9%99razil%C9%99rd%C9%99-b%C9%99rpa-i%C5%9Fl%C9%99ri-m%C3%BCasir-%C5%9F%C9%99h%C9%99rsalma-prinsipl%C9%99ri-%C9%99sas%C4%B1nda-apar%C4%B1l%C4%B1r

