Azad edilən rayonlarda ötən il minalardan təmizlənən ərazilərin həcmi açıqlanıb
Ötən il Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunan dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53 min hektardan çox ərazi təmizlənib. 31 min 600 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
url:
http://www.kepezfm.az/xeberler/azad-edil%C9%99n-rayonlarda-%C3%B6t%C9%99n-il-minalardan-t%C9%99mizl%C9%99n%C9%99n-%C9%99razil%C9%99rin-h%C9%99cmi-a%C3%A7%C4%B1qlan%C4%B1b