Azad edilmiş rayonlarda tikinti işlərinə yönəldilən vəsait 2 mlrd. manatdan çox artıb
Ötən il azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 6 milyard manata yaxın vəsait sərf edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstəricinin həcmi 2022-ci illə müqayisədə 2 milyard 96 milyon 385 min manat çoxdur. Ən çox vəsait Laçın, Kəlbəcər və Füzuli rayonlarına ayrılıb.
url:
http://www.kepezfm.az/xeberler/azad-edilmi%C5%9F-rayonlarda-tikinti-i%C5%9Fl%C9%99rin%C9%99-y%C3%B6n%C9%99ldil%C9%99n-v%C9%99sait-2-mlrd-manatdan-%C3%A7ox-art%C4%B1b