Azyaşlının cibində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Məhkum Əfləddin Seyfullazadə ilə qısamüddətli görüşə gəlmiş tanışı Ülviyyə Rzayevanın və azyaşlı Zəhra Hümbətlinin əşyalarına və üzərilərinə baxış keçirilib. Bu zaman azyaşlının şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
url:
http://www.kepezfm.az/xeberler/azya%C5%9Fl%C4%B1n%C4%B1n-cibind%C9%99-h%C9%99bsxanaya-narkotik-ke%C3%A7irilm%C9%99sinin-qar%C5%9F%C4%B1s%C4%B1-al%C4%B1n%C4%B1b