BƏƏ Hörmüz boğazının açılmasında ABŞ-yə kömək etmək niyyətindədir
Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazında yaranmış gərginlik fonunda ABŞ-yə hərbi dəstək göstərməyə hazırlaşır. Rəsmi Əbu-Dabi bu addım üçün BMT Təhlükəsizlik Şurasında hüquqi əsas yaradacaq qətnamənin qəbuluna çalışır.Əmirliklər beynəlxalq koalisiyanın formalaşdırılması təşəbbüsü ilə Avropa və Asiya ölkələrinə müraciət edib. Məqsəd – gəmilərin boğazdan təhlükəsiz keçidini təmin etməkdir.Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Tehran Hörmüz boğazının bağlanması barədə qərar verib.
url:
http://kepezfm.az/xeberler/b%C9%99%C9%99-h%C3%B6rm%C3%BCz-bo%C4%9Faz%C4%B1n%C4%B1n-a%C3%A7%C4%B1lmas%C4%B1nda-ab%C5%9F-y%C9%99-k%C3%B6m%C9%99k-etm%C9%99k-niyy%C9%99tind%C9%99dir

