Bərdədə avtomobil kanala düşüb
Bərdədə avtomobil kanala düşüb. Hadisə Qarabağ kanalının Bərdə rayon Bala Ərəblər kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə yerinə FHN-nin Qarabağ regional idarəsinin Xilasedici qrupu çağrılıb. Hazırda avtomobilin sürücüsünün kimliyi, xəsarət alanların olub-olmadığı araşdırılır.
url:
http://kepezfm.az/xeberler/b%C9%99rd%C9%99d%C9%99-avtomobil-kanala-d%C3%BC%C5%9F%C3%BCb

