Bərdədə döşəmənin çökməsi nəticəsində ölən və xəsarət alanlar var
Bərdənin Yenidaşkənd kəndində yas mərasimi zamanı evin döşəməsinin çökməsi nəticəsində 1958-ci il təvəllüdlü Sarıtrel Məmmədova ölüb, 26 nəfər isə yaralanıb. TƏBİB-dən bildirilib ki, 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
url:
http://www.kepezfm.az/xeberler/b%C9%99rd%C9%99d%C9%99-d%C3%B6%C5%9F%C9%99m%C9%99nin-%C3%A7%C3%B6km%C9%99si-n%C9%99tic%C9%99sind%C9%99-%C3%B6l%C9%99n-v%C9%99-x%C9%99sar%C9%99t-alanlar-var