"Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir" XİN
Xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxış edib. Nazir regional vəziyyət barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Ermənistanın sülh prosesinə törətdiyi maneələrdən danışan Ceyhun Bayramov, rəsmi İrəvanın hərbi potensialını gücləndirməyə çalışan bəzi üçüncü tərəflərin destruktiv fəaliyyətinin sülhə xidmət etmədiyini vurğulayıb.
url:
http://www.kepezfm.az/xeberler/b%C9%99zi-%C3%BC%C3%A7%C3%BCnc%C3%BC-t%C9%99r%C9%99fl%C9%99rin-b%C3%B6lg%C9%99d%C9%99-destruktiv-f%C9%99aliyy%C9%99ti-s%C3%BClh%C9%99-xidm%C9%99t-etmir-xin